Türkiyədə məşhur seriallara çəkilən aktyor qəfil vəfat etdi
Məşhur türkiyəli aktyor Tekin Temel 56 yaşında infarktdan dünyasını dəyişib.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri məlumat verib.
Qeyd olunur ki, səhər saatlarında filmin çəkiliş meydanına getməyə hazırlaşan aktyorun halı qəfil pisləşib. O, qısa müddət sonra həyatını itirib.
Aktyor əvvəl də ürəyindən əməliyyat olunub və həkimlər onun ürəyinə stent qoyublar.
Tekin Temel 1968-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya gəlib. Aktyor "Acı hayat", "Çiçek taksi", "Ayrılsak da beraberiz", "Sırlar dünyası", "Çocuklar duymasın", "Kuruluş Osman" kimi məşhur ekran əsərlərində rol alıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 dekabr 2023, Cümə axşamı
Dövlət Komitəsinin dəstəyi ilə məcburi köçkünlərin hazırladığı film beynəlxalq mükafata layiq görülüb