Özcan Dəniz infarkt keçirdi

Türkiyəli müğənni, aktyor Özcan Dəniz xəstəxanaya yerləşdirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Samar Dadqar sosial şəbəkədə paylaşım edib.
"Düşmənçiliyiniz bitmədi. Özcan xəstəxanaya yerləşdirilib. Ona bir şey olarsa, dünyanı başınıza yıxaram, hamınızı cəhənnəm atəşində yandıraram".
Qeyd edək ki, Özcan Dənizin ailə üzvləri ilə mübahisə etdikdən sonra çəkiliş meydançasında halı pisləşib. Onun infarkt keçirdiyi bildirilib.