Pressa.az » Ölkə » Avtobus dumanlı havada qəzaya düşdü - Yenilənib

Avtobus dumanlı havada qəzaya düşdü - Yenilənib

10 mart 2025, Bazar ertəsi, 09:39
Avtobus dumanlı havada qəzaya düşdü - Yenilənib

Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib.

Liderxeber.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb.

Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb.

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb:

“Hadisə paytaxtın Sabunçu rayonunda, H.Əliyev prospektində qeydə alınıb. "BakuBus"a məxsus BMC markalı 99-JU-250 dövlət nömrə nişanlı avtobusla 99-HT-975 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarət alıb. Avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”.