KİV: İsrailin Azərbaycana yeni təyin olunmuş səfirinin Bakıya gələcəyi tarix açıqlanıb

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus vəzifəsinin icrasına iyulda başlayacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə “Azerbaijani-Israeli Alliance Global News”a diplomatik mənbədən bildirilib.
“İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus iyulun 28-də rəsmi olaraq vəzifəsinin icrasına başlamaq üçün Bakıya gələcək”, – portalın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunmuşdu.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

10 iyul 2024, Çərşənbə
ADY və Mətbuat Şurasının birgə elan etdiyi media müsabiqəsinin qalibləri mükafatlandırıldı

20 iyun 2024, Cümə axşamı
"Dəniz nəqliyyatında insan resurları və gəmi heyətinin idarəolunması" mövzusunda konfrans keçirilib