Bu avtobusların hərəkəti məhdudlaşdırılıb
Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən(BNA) LiderXəbər-ə bildirilib. Məlumata görə, buna səbəb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ərazidə təmir-bərpa işlərinin aparılmasıdır.
Bununla əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.