Azərbaycan qarğıdalı idxalını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 35 min 319 ton qarğıdalı idxal edilib.
Liderxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 8 milyon 499 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 24 min 443 ton (3,2 dəfə), dəyər baxımından isə 5 milyon 253 min ABŞ dolları (2,6 dəfə) çoxdur.
Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 yanvar 2025, Çərşənbə axşamı
Xaricdən maşın gətirmək istəyənlər oxusun! - Bu halda gömrük rüsumu ödənilmir