Pressa.az » Ölkə » Kartof-soğan niyə ucuzlaşmır?

Kartof-soğan niyə ucuzlaşmır?

23 aprel 2025, Çərşənbə, 11:09
Kartof-soğan niyə ucuzlaşmır?

Bir neçə gündür bazarlara yeni kartof, soğan gətirilsə də, yeni məhsulun piştaxtalara çıxması qiymətləri aşağı salmayıb.

Liderxeber.az xəbər verir ki, alıcılar yeni məhsulla yanaşı ötən ildən qalan kartof və soğanın bahalaşdığını deyirlər.

Onların sözlərinə görə, bazarlarda sözügedən tərəvəzlər ən azı 20-30 qəpik bahalaşıb: “Əvvəl kartofun kiloqramı 80-90 qəpik idi. İndi 1,80 manatdır. Hələ evimzin yanında kiloqramı 2,5 manat idi”.

Satıcılar isə yerli məhsulla yanaşı xaricdən də kifayət qədər məhsul gətirdiklərini deyirlər. Onların sözlərinə görə, təzə kartofun baha olması hava şəraitinin məhsuldarlığa vurduğu ziyanla bağlıdır. Köhnə kartofun və soğanın qiymətinin yüksək olması isə təzə məhsulların tam yetişməməsi və tələbatı qarşılamaması ilə əlaqələndirilir.