Dəniz kənarındakı qanunsuz tikili söküldü - Video

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb.
Liderxeber.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.
Müraciət əsasında nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Oxşar Xəbərlər:

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 dekabr 2024, Cümə
Azərbaycanın əmlak bazarında yeni mərhələ: Sənədsiz evlərin qiyməti niyə düşür?