Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.
Liderxeber.az xəbər verir ki, altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub.
Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 mart 2025, Cümə
Bərdədə 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO