Pressa.az » Ölkə » Qəzanı “qırmızı”da keçərək törədibmiş

Qəzanı “qırmızı”da keçərək törədibmiş

06 may 2025, Çərşənbə axşamı, 11:34
Qəzanı “qırmızı”da keçərək törədibmiş

Xəbər verdiyimiz kimi, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində “Mercedes” markalı avtomobil qəza törədib.

Liderxeber.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, həmin avtomobilin işıqforun qadağanedici işarəsində hərəkəti davam etdirərək qəza törətdiyi və svetoforu yararsız vəziyyətə salması məlum olub:

“Paytaxtın Suraxanı rayonu, Cəlal Qurbanov və Etibar Bəkirli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Yolayrıcında olan svetoforun qırmızı işığında keçən minik avtomobili əvvəlcə hərəkətdə olan nəqliyyat vasitəsinə, sonra isə piyada svetoforuna çırpılıb. Yararsız vəziyyətə düşən piyada svetoforunun yenisi ilə əvəzlənməsi işləri görülür”.