Hacıqabulda kəndlərə sel gəldi, evləri su basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.
Liderxeber.az xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.
Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.
Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.
Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

31 oktyabr 2024, Cümə axşamı
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5