Şahdağa qar yağır - faktiki hava- YENİLƏNİB

Saat 16:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Naxçıvan, Şahbuz, Ordubad, Quba, Qusar, Qrız, Lerik, Qəbələ, Qobustan, Oğuz, Şəki, Zaqatala, Balakən, Xınalıq, Xaltan, Gəncə, Göygöl, Mingəçevir, Yevlax, Tərtər, Naftalan, Şəmkir, Astara, Bərdə, Goranboy və Daşkəsəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Şahdağda isə qar yağması müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 26 m/s-dək güclənir. Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Qrız, Xaltan və Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR-da 21, Aran rayonlarında 25, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınır.
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26 %-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21 %-i), Ağstafada 27 (aylıq normanın 51 %-i), Daşkəsəndə 23 (aylıq normanın 23 %-i), Tovuzda 22 (aylıq normanın 41 %-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan, Cəlilabad, Xınalıq, Xaltan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.
Sumqayıt, Pirallahı, Şərur, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Sədərək, Qax, Quba, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağdam və Bərdədə 22, Göyçay, Oğuz, Gəncə, Daşkəsən və Tərtərdə 20, Culfada 19 m/s-dək güclənir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-dək davam edəcək.