Piyadanı vuran avtomobil yük maşınına çırpıldı - 1 ölü, 1 yaralı

Dünən saat 21 radələrində Sumqayıtda ağır yol qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, Ramazan Həsənov idarə etdiyi “Mercedes ML 320” markalı avtomobillə Bakı-Quba magistralının Sumqayıtdan keçən hissəsində piyada Samiq Fərhad oğlu Abdullayevi vurub.
Daha sonra maşın idarəetmədən çıxaraq “MAN” markalı yük avtomobilinin yarımqoşqusuna çırpılıb. Nəticədə “Mercedes”də sərnişin qismində əyləşmiş 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Piyada isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO