Pressa.az » Ölkə » Bakıda ilk rəsmi “Ducati” diler mərkəzi açıldı - Fotolar

Bakıda ilk rəsmi “Ducati” diler mərkəzi açıldı - Fotolar

24 noyabr 2026, Çərşənbə axşamı, 11:45
Bakıda ilk rəsmi “Ducati” diler mərkəzi açıldı - Fotolar

Noyabrın 19-da Bakıda, Ağ Şəhər, 1-ci Yaşıl Ada küçəsi, 1 ünvanında Azərbaycanda ilk rəsmi “Ducati” diler mərkəzi açılıb.

Liderxeber.az xəbər verir ki, sürətin, mühəndislik mükəmməlliyinin və bənzərsiz dizaynın simvoluna çevrilmiş əfsanəvi italyan brendi ilk dəfə Azərbaycan bazarında rəsmi olaraq təmsil olunur.

Yeni diler mərkəzi ölkədə yeganə rəsmi “Ducati” mərkəzidir və motosiklet, orijinal geyim, qoruyucu ləvazimat və aksesuar satışını, eləcə də tam funksional avtorizə olunmuş servisi bir məkanda birləşdirir.

“Ducati”nin Azərbaycanda rəsmi nümayəndəsi “UKRAVTO GROUP” şirkətidir.

Bakıda “Ducati Monster+”, “Streetfighter V4 S”, “Panigale V4”, “XDiavel V4”, “Multistrada V4 S” və “Scrambler Nightshift” modelləri təqdim olunub. Gələcəkdə model çeşidi mütəmadi olaraq “Ducati”nin yeni modelləri ilə zənginləşəcək.

Ekspozisiyada xüsusi yeri cəmi 693 ədədlə məhdud sayda buraxılmış “Ducati Panigale V4 Lamborghini” tutur. Onlardan biri artıq Bakıdadır.

Azərbaycandakı brend pərəstişkarları ilk dəfə “Ducati” motosikletlərini rəsmi dilerdən – istehsalçı zəmanəti, peşəkar servis və tam müştəri dəstəyi ilə əldə etmək imkanı qazanır. “Ducati” sahiblərinə həmçinin orijinal geyim, aksesuar və ehtiyat hissələri çeşidi təqdim olunur.

Servis mərkəzi istehsalçının xüsusi avadanlığı ilə təchiz olunub, texniki xidmət və təmir isə orijinal ehtiyat hissələri ilə, “Ducati Motor Holding” standartlarına uyğun aparılır. Bu o deməkdir ki, “Ducati” sahibləri brendin bütün dünyadakı diler şəbəkəsində olduğu səviyyədə servis alacaqlar.

Rəsmi “Ducati” diler mərkəzinin açılması təkcə daha bir dünya brendinin bazara çıxması deyil: Bakıdakı şourum brend pərəstişkarları icmasının və ümumilikdə ölkədə müasir motomədəniyyətin inkişafı üçün yeni məkana çevrilir.