Pressa.az » Ölkə » Bakıda toy zamanı şadlıq sarayında yanğın olub

Bakıda toy zamanı şadlıq sarayında yanğın olub

21 may 2025, Çərşənbə, 11:12
Bakıda toy zamanı şadlıq sarayında yanğın olub

Mayın 20-si Bakının Sabunçu rayonu ərazisində yerləşən "Louvre Palace" şadlıq sarayında toy zamanı yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Zabrat qəsəbəsində yerləşən şadlıq sarayının mətbəxində kiçik alovlanma baş verib və dərhal müdaxilə edilərək söndürülüb.

Hadisə anından görüntüləri təqdim edirik: