“Məşədi Dadaş”a qadın dini ayinlərin icraçısı təyin edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə qadın dini ayinlərin icraçısı təyin edib.
LiderXəbər xəbər verir ki, Dövlət Komitəsi sədrinin əmri ilə bu vəzifəyə Elnarə Orucova təyinat alıb.
Qeyd edək ki, E.Orucova Bakı İslam Universiteti və Azərbaycan İlahiyyat İnstitutunda təhsil alıb.
Bununla da Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının sayı 17 nəfərə çatıb.
Oxşar Xəbərlər:
06 aprel 2023, Cümə axşamı
Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahinin 40 mərasimindən sonra olacaq
07 fevral 2023, Çərşənbə axşamı
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər açıqlanıb