Pressa.az » Ölkə » DYP-dən skuter sürənlərə - Xəbərdarlıq

DYP-dən skuter sürənlərə - Xəbərdarlıq

11 iyun 2025, Çərşənbə, 16:49
DYP-dən skuter sürənlərə - Xəbərdarlıq

Ölkədə skuterdən istifadə artdıqca, qayda pozuntuları da artır.

Liderxeber.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, skuter istifadəçiləri tez-tez aşağıdakı qaydaları pozurlar:

- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);

- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;

- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;

- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Yol polisi bildirir ki, bu cür məsuliyyətsizliklər ağır qəzalarla nəticələnə bilər:

“Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmançılığa səbəb ola bilər”.