Macarıstan səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürdü

İranda təhlükəsizlik şəraitinin pisləşməsi səbəbindən Macarıstanın Tehrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana köçürülüb.
Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkə hesabında bəyan edib.
Nazirin sözlərinə görə, səfirlik əməkdaşları və onların ailə üzvləri də daxil olmaqla ümumilikdə 15 nəfər - o cümlədən azyaşlı uşaqlar Azərbaycana göndəriliblər:
"Beləliklə, səfirliyin fəaliyyəti təhlükəsizlik vəziyyəti yaxşılaşana qədər müvəqqəti olaraq Azərbaycandan həyata keçiriləcək," - deyə Peter Siyarto vurğulayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH