Pressa.az » Ölkə » ABADA Tədris Mərkəzində yük daşımalar üzrə növbəti kurslara start verilib

ABADA Tədris Mərkəzində yük daşımalar üzrə növbəti kurslara start verilib

23 may 2023, Çərşənbə axşamı, 14:05
ABADA Tədris Mərkəzində yük daşımalar üzrə növbəti kurslara start verilib

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Tədris Mərkəzində yük daşımalar üzrə növbəti kurslara start verilib. Mayın 22-dən başlanan təlimlərə ayın 27-də yekun vurulacaq. Üç qrup şəklində təşkil olunan kurslardan ikisi Beynəlxalq yükdaşımaları (BYD) əhatə edir və onlayn şəkildə aparılır.
 
Digər kurs isə Təhlükəli yükdaşımalar üzrə tam təlimləri əhatə edir. Təlimlərin sonunda kursları bitirən sürücülərə sertifikatlar təqdim olunacaq.
 
Qeyd edək ki, 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olan ABADA-nın təqdim etdiyi sertifikatlar dünyanın 50 üzv ölkə assosiasiyası tərəfindən tanınır. Kursları bitiriən sürücülərin adı isə İRU onlayn akademiyasının siyahısında əks olunur.