Pressa.az » Ölkə » İdarə rəisi və işçilərinə yekun ittiham verildi

İdarə rəisi və işçilərinə yekun ittiham verildi

20 iyun 2025, Cümə, 10:22
İdarə rəisi və işçilərinə yekun ittiham verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Təqsirləri sübuta yetirilsə, zabitləri 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Ramin Şükürov həbsdə, digərləri isə ev dustaqlığındadır.