Pressa.az » Ölkə » Baş prokuror onlara yenidən etimad etdi

Baş prokuror onlara yenidən etimad etdi

20 iyun 2025, Cümə, 13:52
Baş prokuror onlara yenidən etimad etdi

Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.

Liderxeber.az-ın əldə etdiyi məlumata görə, təyinatlarla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Həsən Hənəfiyev Nəsimi, Hidayət Nurəlibəyov Nərimanov, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.