Füzulidə ağır qəza - 3 nəfər öldü - Foto - Yenilənib

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az-ın məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı 3 nəfər həyatını itirib.
Onlardan ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı ölənlərin kimliyi məlum olub.
Əldə etdiyimiz məlumata görə, “Mercedes” markalı avtomobildə olan Nicat Qurbanov, onun qardaşı Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində həyatını itirib. Digər “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə müxtəlif dərəcəli ağır xəsarətlər alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, B.Qənbərovun vəziyyəti ağır olduğundan o, Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma davam etdirilir.