“Azərbaycan dövləti buna heç vaxt imkan verməz” - İran səfiri

İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyi İranda yüksək qiymətləndirilib.
Liderxeber.az xəbər verir ki, bunu İranın ölkəmizə yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu Prezident İlham Əliyevlə görüşündə bildirib.
Buna görə Prezident İlham Əliyevə təşəkkürünü çatdıran diplomat qeyd edib ki, İranın ali rəhbərləri də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərir.
Səfirin sözlərinə görə, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.
Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

14 oktyabr 2024, Bazar ertəsi
İlham Əliyev Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB