Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam

Konstitusiya Məhkəməsinin hakimi Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib.
Liderxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah F. Məmmədovun 70 yaşı tamam olur.
O, 2000-2024-cü illərdə ədliyyə naziri vəzifəsini icra edib. Bu ilin fevralında Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Oxşar Xəbərlər:

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı