Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turniri təxirə salındı

Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin ikinci yarısı üçün təqvimində bəzi dəyişikliklər edib.
Liderxeber.az xəbər verir ki, Əbu-Dabidə oktyabrda keçirilməsi planlaşdırılan "Böyük Dəbilqə" turniri noyabr ayına təxirə salınıb.
Bu, oktyabrda Lima (10-12-də) və Qvadalaxarada (17-19-da) iki yeni Qran-prinin keçirilməsi ilə əlaqədardır.
Beləliklə, BƏƏ-də "Böyük Dəbilqə" yarışı noyabrın 27-29-da baş tutacaq.
Qeyd edək ki, ötən il Əbu-Dabidə keçirilən turnirdə Azərbaycan komandası bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
Oxşar Xəbərlər:
11 avq 2024, 12:04
08 avq 2024, 09:49
15 may 2025, 10:37
06 avq 2024, 10:00