Pressa.az » Ölkə » Həftəsonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Həftəsonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

01 iyul 2025, Çərşənbə axşamı, 16:17
Həftəsonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftəsonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Liderxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əsasən, dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.