Sumqayıtda qadın küçədə öldürüldü - Əri saxlanıldı

Sumqayıtda 40 yaşlı Aygün Bağırova küçədə bıçaqlanaraq qətlə yetirilib.
Liderxeber.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində baş verib.
Onun əri tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə ər-arvadın arasında mübahisə olub. Sonra isə kişi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb, qadın xəstəxanaya çatdırıldıqdan bir qədər sonra vəfat edib.
Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 dekabr 2024, Çərşənbə axşamı
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb, altı nəfər xilas edilib - YENİLƏNİB-3