Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qaldı

Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.
Liderxeber.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.
2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.
Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
17 iyl 2024, 14:47
16 sen 2024, 14:12
02 sen 2024, 07:00
26 may 2025, 10:26