Pressa.az » Ölkə » Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib

Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib

03 iyul 2025, Cümə axşamı, 17:11
Azərbaycanda ailənin orta gəlirinin hesablanması qaydası dəyişib

Nazirlər Kabineti ölkə Prezidentinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə "29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq.