Pressa.az » Ölkə » AQTA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib

AQTA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib

04 iyul 2025, Cümə, 16:35
AQTA sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 4-ü Abşeronda Sumqayıt şəhəri və Abşeron, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.