Pressa.az » Ölkə » “Taxta bazarı”nda yanğın - Video - Fotolar

“Taxta bazarı”nda yanğın - Video - Fotolar

14 iyul 2025, Bazar ertəsi, 09:00
“Taxta bazarı”nda yanğın - Video - Fotolar

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan ərazidə yanğın baş verib.

Liderxeber.az Fövqalədə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın tam söndürülüb.