Mal əti bahalaşdı

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.
Liderxeber.az xəbər verir ki, satıcılar bahalaşmanın təxminən bir həftə öncədən başladığını bildiriblər.
Əvvəl kiloqramı 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata təklif olunur. Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Qəssablar hələ ki, ucuzlaşma gözləmirlər. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır. Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

02 yanvar 2025, Cümə axşamı
Azərbaycanda bir sıra kommunal xidmətlərin yeni qiymətləri müəyyənləşdirilib