Pressa.az » Ölkə » Bakının bu hissəsində su olmayacaq

Bakının bu hissəsində su olmayacaq

15 iyul 2025, Çərşənbə axşamı, 17:14
Bakının bu hissəsində su olmayacaq

Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. 

Bu barədə Liderxeber.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, 17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.