Pressa.az » Ölkə » Cəlilabadda meşə yanğını davam edir: Tüstüdən zəhərlənən var

Cəlilabadda meşə yanğını davam edir: Tüstüdən zəhərlənən var

15 iyul 2025, Çərşənbə axşamı, 17:27
Cəlilabadda meşə yanğını davam edir: Tüstüdən zəhərlənən var

Cəlilabad rayonunda yanğın davam edir.

Liderxeber.az xəbər verir ki, bir nəfər tüstüdən zəhərlənib.

O, meşə təsərrüfatının əməkdaşı, 1976-ci il təvəllüdlü Qəni Nəzirovdur. Q.Nəzirov təcili tibbi yardım briqadasına təhvil verilib.

Cəlilabad rayonu Zopun kəndi istiqamətindəki meşəlik ərazidə yanğın davam edir.

Bu barədə Liderxeber.az-a sakinlər məlumat veriblər.

Onların verdikləri məlumata görə, yanğın belə davam edərsə yaxınlıqda yerləşən Seyidbazar və Zopun kəndləri üçün təhlükəli vəziyyət yarana bilər. Yanğının baş verdiyi ərazinin relyefi və hava şəraitinin küləkli olması texnikanın alovu söndürülməsi üçün əlverişli hesab edilmir.

Yanğın yerinə Cəlilabaddan üç, qonşu Masallı rayonundan isə bir yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.