Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb
Liderxeber.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu ayın 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25.8-28 manat təşkil edib.
Həmçinin, Bakı şəhərində və Abşeron rayonunda 26.5-27.3 manat civarında dəyişib.