Marşrut avtobusu işıq dirəyinə çırpıldı, yaralılar var

Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, 123 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “İsuzu Ecobus” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtobusda olan sərnişinlərdən 3-ü müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə yol polisi əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə ötən gün saat 18:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 8 nəfər (2 qadın cinsli, 6 kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.