“İçərişəhər” stansiyasında yeraltı avtodayanacaq tikiləcək

Bakı metrosunun “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək.
Liderxeber.az xəbər verir ki, artıq dayanacağın layihələndirilməsinə başlanılıb.
Layihələndirmə Türkiyənin “Yüksel proje” şirkəti tərəfindən icra ediləcək.
Qeyd edək ki, ötən gün şirkətlə “Bakı Metropoliteni” arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

11 aprel 2025, Cümə
"Nizami" metrosu "yaşıl" xətt üzrə son dayanacaq olacaq, ekspres avtobuslar işləyəcək - Rəsmi

23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb