“Hər gün buradan yüzlərlə şəxs qaçaraq keçir…” - Video

“Statistika dairəsi” adlanan ərazidə piyada zolağı xeyli aralıda olduğundan hərəkət üçün çətinlik yaradır. Hər gün bu yoldan yüzlərlə şəxs qaçaraq keçir. Nəticədə həyatlarını böyük təhlükə ilə üz-üzə qoyurlar”.
Bu şikayətlə Liderxeber.az-a Bakının Yasamal rayonu İnşaatçılar prospekti 81 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, ərazidəki şərait yeraltı keçid inşa etməyə imkan verir. Əgər keçid olarsa, problem aradan qaldırılar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin ünvanda müvafiq işlər görüləcək: “Sözügedən ərazi mütəxəssislərimiz tərəfindən təhlil edilib. Aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra yol hərəkətinin təşkili istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO