Pressa.az » Ölkə » Azərbaycan qazının bu həftədən etibarən Suriyaya nəqli başlanılır

Azərbaycan qazının bu həftədən etibarən Suriyaya nəqli başlanılır

30 iyul 2025, Çərşənbə, 14:01
Azərbaycan qazının bu həftədən etibarən Suriyaya nəqli başlanılır

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycandan nəql olunan qazın Suriyaya tədarük ediləcəyi tarixlə bağlı açıqlama verib.

Liderxeber.az bu barədə "Anadolu" agentliyinə istinadən məlumat yayıb.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan qazının avqustun 2-dən etibarən Kilis (Türkiyə) üzərindən Hələbə (Suriya) ixracı başlayacaq.

Alparslan Bayraktar əlavə edib ki, nəql olunacaq qaz Suriyanın elektrik enerjisinin istehsalında da istifadə olunacaq.