Pressa.az » Ölkə » Sabahdan hava sərinləyir

Sabahdan hava sərinləyir

07 avqust 2025, Cümə axşamı, 16:23
Sabahdan hava sərinləyir

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi və avqustun 12-dək davam edəcəyi gözlənilir.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Küləyin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu avqustun 9-11-də 27-29 dərəcə isti olacaq.