İsmayıllıda maşın körpüdən aşıb yandı - Yaralılar var

İsmayıllı rayonu, Qalacıq kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, avtomobil kənd ərazisindən keçən körpüdən aşıb daha sonra alışıb.
Hadisə zamanı avtomobildə olan 3 nəfər - Bakı şəhər sakinləri; Səmra Həsənli, Gülsüm Həsənova və Rüfət Həsənov xəsarətlər alıb.
Əraziyə polis və FHN əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"