Qadınlar da avtobus sürəcək - Fotolar

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına başlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarına cəlb olunurlar. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.





Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 aprel 2024, Çərşənbə
Azərbaycanda qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb

30 yanvar 2025, Cümə axşamı
Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"