Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Quba rayonu Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurma məntəqəsi bağlanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Liderxeber.az-a verilən məlumata görə, məntəqədə yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.