Pressa.az » Ölkə » Tovuzda 4 ballıq zəlzələ oldu - Yenilənib

Tovuzda 4 ballıq zəlzələ oldu - Yenilənib

16 avqust 2025, Şənbə, 09:04
Tovuzda 4 ballıq zəlzələ oldu - Yenilənib

Tovuz rayonunda 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:31-də, 10 km dərinlikdə baş verən yeraltı təkanlar hiss olunub.

***

Zəlzələlərin tədqiqatı bürosunun son məlumatına əsasən, Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.