Pressa.az » Ölkə » Bakıda 56 yaşlı kişi ət doğrayarkən özünü bıçaqladı

Bakıda 56 yaşlı kişi ət doğrayarkən özünü bıçaqladı

19 avqust 2025, Çərşənbə axşamı, 12:24
Bakıda 56 yaşlı kişi ət doğrayarkən özünü bıçaqladı

Bakıda ət doğrayan kişi özünü bıçaqlayıb.

Liderxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib . Xətai rayonu, Ə.Şıxlinski küçəsi, ev 14-də yaşayan 1969-cu il təvəllüdlü İbrahim Əziz oğlu Ələkbərov ət doğrayarkən ehtiyatsızlıqdan qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş İ.Ələkbərovun vəziyyəti qənaətbəxşdir.