“Azərbaycanla razılaşma Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”

“Vaşinqtonda Azərbaycanla əldə olunan razılaşma Ermənistan və İran arasında dəmir yolu kommunikasiyasını açacaq”.
Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Azərbaycanla əsas razılaşmalarımızdan biri regionda kommunikasiya yollarının bərpasına aiddir. Bu, praktikada Ermənistan və İran arasında dəmir yolu sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə İranın Ermənistana və eləcə də Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək”, - Paşinyan bildirib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu