Supertoys yanğınla bağlı rəsmi açıqlama yaydı

Supertoys.az MMC bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Şirkətdən Liderxeber.az-a verilən məlumata görə, bugün yanğın baş verən ərazidə Supertoys MMC-nin anbarından əlavə 10-a yaxın digər şirkətlərə məxsus anbarlar fəaliyyət göstərirdi. Yanğın digər anbardan başlayıb və Supertoys anbarı da zərər çəkənlər arasında olub. Hal hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Yaxın zamanda yanğının baş vermə səbəbi dəqiq açıqlanacaq və hüquqi rəy veriləcəkdir.
Məlumat üçün bildirək ki, Supertoys MMC nin bu anbardan əlavə 6 anbarı müxtəlif ərazilərdə fəaliyyət göstərir. Məhsullar da anbarlarda bölgü üzrə paylanılıb. Şirkət rəsmi olaraq bildirir ki, müştərilərə xidmət göstərməkdə heç bir çətinlik olmayacaqdır. Müştərilər istədikləri məhsulları əvvəlki qaydada Supertoys mağazalarından və ya onlayn əldə edə biləcəklər.
Supertoys mağazalar şəbəkəsi əvvəlki qaydada fəaliyyətini davam etdirir.
Oxşar Xəbərlər:


