Kəlbəcərdəki hadisə ilə bağlı - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.
Liderxeber.az xəbər verir ki, Kəlbəcər rayonu Bərpa,Tikinti və İdarəetmə Xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, sözügedən hadisə 26 avqust 2025-ci il tarixində Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı baş verib:
“Heç bir dağıntı və ya yanğın baş verməyib. Yoxlanışı həyata keçirən 3 məsul şəxs və 1 nəfər mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı bir təhlükə mövcud deyil.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

18 oktyabr 2024, Cümə
Gəncədə mənzildə baş vermiş partlayış nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB - 4

19 iyul 2024, Cümə
"Sinir sistemi həftəsi" çərçivəsində 800-dən çox vətəndaşa 3 500-ə yaxın tibbi xidmət göstərilib - FOTOLAR

13 fevral 2025, Cümə axşamı
Bazarda qəribə vəziyyət: Həyət evləri çoxmərtəbəli yaşayış binalarındakı mənzillərdən niyə ucuzdur?