Pressa.az » Ölkə » Leysan olacaq, dolu düşəcək... - Xəbərdarlıq

Leysan olacaq, dolu düşəcək... - Xəbərdarlıq

03 sentyabr 2025, Çərşənbə, 16:14
Leysan olacaq, dolu düşəcək... - Xəbərdarlıq

Sentyabrın 4-6-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.