Zəngəzur dəhlizini müzakirə etmək üçün İrəvana gedəcəklər

“ABŞ nümayəndələri gələn həftə “Tramp marşrutu” (Zəngəzur dəhlizi – red.) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər”.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Joxovurd” qəzeti yayıb.
Qəzet yazır ki, səfər zamanı siyasi nüanslar, investisiyanın həcmi, işlərin başlama vaxtı da daxil olmaqla texniki detallar müzakirə ediləcək: “Səfərin məqsədi razılaşmaların praktiki olaraq həyata keçirilməsi üçün addımların ardıcıllığını dəqiqləşdirməkdir”.
Bununla belə, qəzet Ermənistan hökumətinin məsələ ilə bağlı konkret detal və müzakirələrin gündəliyini açıqlamadığını vurğulayıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”

04 sentyabr 2025, Cümə axşamı
KİV: "ABŞ rəsmiləri Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana gedəcəklər"